10:36 çərşənbə, 19 Fevral 2020
GƏNCLİK

"Mənim doğma vətənim - Azərbaycan: Jurnalistlər arasında videomüsabiqə" layihəsinə start verilir

17:20, 10.02.20206757
Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsi çərçivəsində qalib olan "Mənim doğma vətənim - Azərbaycan: Jurnalistlər arasında videomüsabiqə" layihəsinə start verilir.
 
AZXEBER.COM xəbər verir ki, layihənin rəhbəri tanınmış jurnalist Hacıbəy Heydərlidir.
 
O bildirib ki, layihənin əsas məqsədi gənc jurnalistlər və videobloggerlik sahəsində marağı olan gənclərin Azərbaycanın müxtəlif məkanlarında hazırladığı videoları geniş ictimaiyyətə çatdırmaqdır. Münsiflər heyəti tərəfindən qəbul edilən videolar universitetlərdə və sosial şəbəkələrdə yayımlanacaq. 
 
Layihənin ilkin mərhələsində jurnalist və bloggerlərin Azərbaycanla bağlı çəkdiyi videolar qəbul ediləcək.
 
Layihənin iştirakçısı olmuş gəncləri vahid bir platformada birləşdirmək, onlar arasında kordinasiyanı təmin etmək və şəbəkələşmə vasitəsilə gənclər arasında müasir və peşəkar foto biliklərin tələb və xüsusiyyətlərini təbliğ etmək məqsədilə layihə daxilində Mənim doğma vətənim – AZƏRBAYCAN: JURNALİSTLƏR ARASINDA VİDEOMÜSABİQƏ klubu təsis ediləcək. Klub bundan sonra birliyin daxilində müntəzəm fəaliyyət göstərəcək və gənclərin bir araya gəlib fikir və təcrübə mübadiləsi aparmasına çalışacaq.
 
Layihədə iştirak etmək istəyən gənclər çəkdikləri videoları [email protected] ünvanına göndərə bilərlər. 
XƏBƏR LENTİ