"Mənim o yaşım deyil ki, kiminsə arxasıyca qaçım" - Şəbnəm onları hədəf aldı

MAQAZİN
12:08 29.10.2024
206
Müğənni Şəbnəm Qəhramanova son zamanlar aralarında küsülülük olan dostlarından danışıb.
 
AZXEBER.COM xəbər verir ki, "Xəzər TV"- də "İncə səhər" verilişində qonaq olan sənətçi maraqlı açıqlmalar edib.
 
Şəbnəm, Türkan Vəlizadə və Zeynəb Həsəni ilə olan küsülülüyünə belə aydınlıq gətirib:
 
"Heç vaxt sarsıldığım, ehtiyyat etdiyim yerdən zərbə almamışam. Mən həmişə güvəndiyim yerdən vurulmuşam. Ona görə də bu olanlara heç təəccüblənmədim. Zeynəblə aram pis deyil. Bilmirəm üz-üzə gəlsək danışarıq ya yox. Çünki, ortada illərin yaşanmışlıqları var. O bağlar rahat qopa bilmir. Amma artıq mənim o yaşım deyil ki, kiminsə arxasıyca qaçam”.
 
Aysel

OXŞAR XƏBƏRLƏR