Sabirabad Gənclər və İdman İdarəsinin keçmiş baş əməkdaşı Rauf Əsədov intihar edib.
AZXEBER.COM xəbər vedrir ki, tanınmış müğənni Murad Arif intihar edən gəncə görə təəssüfləndiyini bildirib.
O, 31 yaşlı gəncin ölümündən öncə onun "Oğlum" mahnısının sözlərini öz oğlu üçün yazdığını bildirib:
"Sabirabadda bir cavan ata, mənim "Oğlum" mahnımın sözlərini öz oğlu üçün yazaraq, intihar edib. İçim darmadağın... Kaş ki, elə o mahnıdakı "Varlığın belə yaşamağa bəsdir” cümləsindən güc alaydı... Allah rəhmət eləsin..”
Xatırladaq ki, Sabirabad sakini, 1989-cu il təvəllüdlü Rauf Əsədov mənzilində özünü asaraq intihar edib.
Hadisə yerinə prokurorluq əməkdaşları baxış keçirib, müvafiq ekspertizalar təyin olunub.