“Mənim Prezidentim” Təşəbbüs Qrupuna qoşulan gənclərin sayı durmadan artır.
AZXEBER.COM-un məlumatına görə, təkcə bu təşəbbüs qrupunun Facebook səhifəsini bəyənlərin sayı artıq 160 min nəfər olub.Səhifədə əsasən ölkə başçısı İlham Əliyevin son 10 ildə Azərbaycanda həyata keçirdiyi uğurlu fəaliyyətindən və kampaniya çərçivəsində təşkil edilən tədbirlərdən bəhs edilir.Əsas məqsəd isə bu il keçiriləcək prezident seçkilərində gənclərin fəal iştirakını təmin etməkdir.Qeyd edək ki, kampaniya çərçivəsində artıq “Mənim Prezidentim” adlı mahnıya klip də çəkilib.Əməkdar artist Tünzalə Ağayevanın ifa etdiyi “Mənim Prezidentim” mahnısının sözləri İsmayıl Dadaşova, musiqisi isə müğənninin özünə məxsusdur. Klipin rejissoru əməkdar incəsənət xadimi Ülviyyə Könüldür. İçərişəhərdə baş tutan klipin çəkilişlərində mindən artıq gənc iştirak edib.Layihə haqqında daha ətraflı “Mənim Prezidentim” Təşəbbüs Qrupnun Facebook səhifəsindən öyrənə bilərsiniz:https://www.facebook.com/mypresident.az