‘Mənim Təhsilim, Mənim Gələcəyim!’ kampaniyası

GƏNCLİK
14:06 10.12.2013
2886

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Mesaj” adlı layihə icra edilir.

AZXEBER.COM xəbər verir ki, layihənin əsas məqsədi gənclərin, xüsusilə xaricdə təhsil almış gənclərin təhsil, gənclik və gələcəklə bağlı mesajlarını cəmiyyətə çatdırmaqdır.

Layihə çərçivəsində ilk iş olaraq video-çarx hazırlanıb. Layihənin növbəti mərhələsi olaraq yaxın günlərdə gənclərin müəllif yazılarından ibarət “Mesaj” adlı kitab çap olunacaq. Video-çarx və hazırlanmış kitabın Gəncə, Mingəçevir, Quba, Xaçmaz və Bakı şəhərində təqdimatları və gənclər arasında ictimai müzakirəsi təşkil olunacaq. Layihənin rəhbəri Rövşən Nəcəfovdur.

Layihə “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası çərçivəsində davam etdirilir.

OXŞAR XƏBƏRLƏR