Aparıcı-prodüser Tarix Əliyev ad çəkmədən bəzi həmkarlarına atmaca atıb.
AZXEBER.COM xəbər verir ki, o, təkrar yayımlanan verilişlərinin belə bəzi səhər proqramlarından daha reytinqli olduğunu iddia edib.
Tolik bildirib ki, belə hallar onda iş həvəsini daha da artırır və yeni mövsümdə daha məhsuldar işləmək üçün stimul verir:
"Bəzi səhər verilişlərinin aparıcıları gördülər ki, verilişlərinin vaxtını dəyişəndə reytinq aşağı düşür. Hətta mənim təkrar verilişlərim belə reytinqdə üstünlük təşkil edir. Buna baxmayaraq, onlar məcbur olub, öz vaxtlarına geri qayıdırlar. Mən düşünürəm ki, rəqabət yaxşıdır. Bu, sizə stimul verən bir amildir. Siz yerinizi dəyişib, yay aylarında belə yuxunuza haram qatıb, səhər tezdən durursunuz. Bu, çox gözəl bir motivasiyadır. İnşallah, yeni mövsümdə daha çox enerji alaram və bütün səhər verilişi həmkarlarıma uğurlar arzulayıram".
Aysel