"Mənim üçün deyirlər ki, güllələnməyib, şou göstərir" - Fazil Mustafa danışdı - VİDEO

"Mənim üçün deyirlər ki, güllələnməyib, şou göstərir" - Fazil Mustafa danışdı - VİDEO
SOSİAL
22:17 06.04.2023
301
Sui-qəsd nəticəsində yaralanan deputat Fazil Mustafa hadisədən sonra ilk dəfə danışıb.

AZXEBER.COM xəbər verir ki, o, REAL TV-yə hadisə barədə müsahibə verib.

Fazil Mustafa yaralanmasına inanmayanlara cavab verib:

"Bəzi adamlar var deyirlər ki, yalandan deyirlər, Fazil Mustafa güllələnməyib. Guya biz hər hansısa bir şou göstəririk. Deyirlər ki, guya məni öldürmək istəməyiblər, sadəcə yaralamaq istəyiblər. Bildirmək istəyirəm ki, mənə tərəf bir neçə güllə atılıb. Silahdan atılan atəşin məqsədini hərbi anlayışı olanlar daha yaxşı bilər. Adətən xəbərdarlıq üçün bir atəş kifayət edir. Amma ayaq, çiyin, eyni zamanda onlarla atəş yaralamaq məqsədi daşımırdı. Ölsəydim də deyəcəkdilər ki, bunu hökümət özü etdi. Belə bir böhtan atacaqdılar”.

O, eyni zamanda şəxsi düşməninin olmadığını deyib:

"Mən əvvəldən də demişdim ki, mənim başıma gələnləri kimlər təşkil edə bilər və bu həqiqətən də öz təsdiqini tapdı. Azərbaycanda mənə güllə ata biləcək namuslu bir azərbaycanlı yoxdur. Ola bilər, mənim sözlərimi sevməsinlər, amma məni heç vaxt güllələməzlər”.

Ətraflı süjetdə:
 
OXŞAR XƏBƏRLƏR