"Maşın" realiti-şousunun ötəngünkü buraxılışı da qalmaqalsız ötüşməyib.
AZXEBER.COM xəbər verir ki, ötən gün Roza Zərgərli şoudan çıxmaq təhlükəsi ilə üz-üzə qalıb. Lakin o, səs toplayaraq şouya davam edib və Rühəngiz Musəvini çıxarıb.
Roza Zərgərli üçün tamaşaçılardan səs istəyən viner Hüseyn Əzizoğlu açıqlaması ilə diqqət çəkib. O, müğənni üçün tərif yağdırıb:
Hüseyn Roza Zərgərlini anası ilə bir tutub: "Kişi kimi qadın eşitmişdim, amma... Roza xanım həmişə bu şouda zəif olan insanların yanında olub. Mən bu şouya gələndə 17 iştirakçı elə baxırdı ki, elə bil meşəyə insan gəlib. Roza xanım mənim arxama keçib, bu yerə kimi məni apardı. Necə ki, bir ana öz övladını müdafiə edir. Mən kişi kimi qadın eşitmişdim, amma görməmişdim. Mən kişi kimi qadın anamı bilirdim, biri də Roza xanım oldu", - H. Əzizoğlu söyləyib.