"Əgər özün mənimlə cinsi əlaqə istəmirsənsə, o zaman get ananı, bacını gətir"

"Əgər özün mənimlə cinsi əlaqə istəmirsənsə, o zaman get ananı, bacını gətir"
SOSİAL
15:44 03.11.2017
38986

Tanışını bıçaqlamaqda təqsirləndirilən cinsi azlıq nümayəndəsi 1996-cı il təvəllüdlü Kamran İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. 
 
Dövlət ittihamçısı ittiham aktını elan edib. 
 
İttihama görə, K.İslamov eyni qəsəbədə yaşadığı Murad Həsənovla görüşərək mübahisə edib. Buna səbəb isə Murad Həsənovun Kamran İslamovun atasına 50 manat borclu olması olub. Kamran usta işləyən atasının 50 manatını Muraddan tələb edib. Amma Murad pulu verməkdən imtina edib və aralarında mübahisə yaranıb. Kamran cibində olan bıçaqla Murada zərbə endirərək oradan qaçıb.
 
Elan olunan ittihamla Kamran İslamov özünü qismən təqsirli bilib. O bildirib ki, Muradı bıçaqlamasına səbəb 50 manat olmayıb.
 
K.İslamov məhkəmədə istintaqa verdiyi ifadəsindən imtina edib. O bildirib ki, Murad ona zəng edərək görüşmək istəyib: "Murad Həsənov özü zəng edib məni görüşə çağırıb. Məqsədi isə mənimlə cinsi əlaqədə olmaq idi. Mən etiraz elədim. Dedi ki, "əgər özün istəmirsənsə, get ananı, bacını gətir". Cibimdə olan bıçağı çıxarıb onu vurdum".
  
Kamran İslamov yaşadıqları qəsəbədə bir neçə nəfərlə cinsi əlaqədə olduğunu da etiraf edib.
 
Cinsi azlıq nümayəndəsi olduğunu deyən K.İslamov M.Həsənovla cinsi münasibətdə olmağa əvvəlcə razıymış: "Sonra fikrimi dəyişdim. Təkid elədi ki, onunla cinsi əlaqədə olum. Amma sonra istəmədim. Etiraz edəndə məni hədələdi və təhqir elədi". 
 
O da məlum olub ki, K.İslamova qarşı bir neçə il əvvəl, azyaşlı olarkən seksual hərəkətlər edilib. Bununla bağlı cinayət işi açılıb. K.İslamov deyib ki, sonra həmin cinayət işi bağlanıb. 
 
Qeyd edək ki, zərərçəkmiş kimi tanınan M.Həsənov məhkəmə iclasında iştirak etməyib. Təqsirləndirilən Kamran İslamov deyib ki, Muradın özü cinayət məsuliyyətinə cəlb edilməlidir. 
 
Məhkəmə prosesi noyabrın 7-də keçiriləcək.
 
Qeyd edək ki, K.İslamov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağıamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
12:24 29.06.2025
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb
12:14 29.06.2025
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu
12:08 29.06.2025
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu
Yekaterinburqda daha bir azərbaycanlının barəsində məhkəmə keçirilir
11:56 29.06.2025
Yekaterinburqda daha bir azərbaycanlının barəsində məhkəmə keçirilir
Rəşad Dağlının övladlarından yüksək nəticə
11:50 29.06.2025
Rəşad Dağlının övladlarından yüksək nəticə
Ukrayna Silahlı Qüvvələri pilotla birlikdə F-16-nı itirib
11:40 29.06.2025
Ukrayna Silahlı Qüvvələri pilotla birlikdə F-16-nı itirib
Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs qətimkan tədbiri seçib
11:39 29.06.2025
Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs qətimkan tədbiri seçib