Mənzilin şüşələrini silən qadın yıxılaraq faciəvi şəkildə öldü - FOTO

Mənzilin şüşələrini silən qadın yıxılaraq faciəvi şəkildə öldü - FOTO
DÜNYA
11:53 06.03.2023
495
Türkiyənin Denizli şəhərində eyvanda şüşələri silərkən müvazinətini itirən 2 uşaq anası mənzilin 3-cü mərtəbəsindən yıxılıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, beton döşəməyə yıxılan qadın hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, mənzilin 3-cü mərtəbəsində yaşayan iki uşaq anası Merve eyvana çıxaraq şüşələri təmizləməyə başlayıb. Bu zaman müvazinətini itirən qadın beton döşəməyə çırpılıb və qan içində qalıb. X

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları qadının öldüyünü təyin ediblər. Faktla bağlı araşdırma aparılır.

Aydın
 

 


OXŞAR XƏBƏRLƏR