Mənzurə jurnalistləri məhkəmə ilə hədələdi - VİDEO

Mənzurə jurnalistləri məhkəmə ilə hədələdi - VİDEO
MAQAZİN
11:31 13.08.2025
243
Müğənni Mənzurə Musayeva jurnalistləri məhkəmə ilə hədələyib.
 
AZXEBER.COM xəbər verir ki, buna səbəb müğənninin uğursuz plastik əməliyyatları və həkimlə yaşadığı qalmaqalın işıqlandırılması olub.
 
Belə ki, o, dəfələrlə qonaq olduğu verilişlərdə həkimin əməliyyatından narazı qaldığını və pulunu geri ala bilmədiyini dilə gətirmişdi.
 
Xəbərlərin mətbuatda yayılmasından narahat olan müğənni sosial media hesabından videomüraciət yayımlayaraq xəbəri işıqlandıran jurnalistləri məhkəmə ilə hədələyib:
 
"Biz həkimimlə hər şeyi həll etmişik, heç bir problemimiz yoxdur. Bu məsələ ilə bağlı xəbər yazan jurnalistləri məhkəməyə verəcəyəm".
 
Xatırladaq ki, ötən həftə "Xəzər axşamı" verilişində qonaq olan müğənni yenidən əməliyyat olmaq istədiyini, lakin həkimdən pulunu geri ala bilmədiyini demişdi. 
 
Aysel

 
 
 
 
View this post on Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by menecer

OXŞAR XƏBƏRLƏR