Meqan Markl yeni açdığı "instaqram" hesabında ilk paylaşımı ilə ekranlara qayıdacağını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, "Netflix" ilə birgə hazırladığı "Sevgiylə, Meqan" adlı yeni həyat tərzi proqramının anonsunu yayımlayıb.
Yanvarın 15-də yayımlanacaq proqram 8 seriyadan ibarətdir və təkcə yemək reseptlərindən ibarət deyil. O, həmçinin tamaşaçılara bağçılıq, əl işləri və həyatın kiçik sevinclərini kəşf etmək yollarını başa salacaq.
Meqan Montesitodakı mətbəxindən və bağından ruhlandırıcı anları bölüşərkən, proqramda Mindy Kaling və Alice Vaters kimi məşhur adları da qonaq edib.
O, şüarında yaxşı bir həyat sürmək üçün mükəmməlliyə ehtiyac olmadığını vurğulayaraq, "Biz mükəmməlliyin deyil, sevincin peşindəyik” deyə bildirib.
Aysel