Meqan Marklın ögey qardaşı Filippində polis araşdırmasına cəlb olunub

Meqan Marklın ögey qardaşı Filippində polis araşdırmasına cəlb olunub
DÜNYA
02:53 06.11.2026
52
Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın atası ilə bağlı Filippində aparılan polis araşdırması onun ögey qardaşı Tomas Marklı da əhatə edəcək şəkildə genişləndirilib.

AZXEBER.COM "The Telegraph” qəzetinə istinadla xəbər verir ki, Filippinin daxili işlər naziri Xuanito Viktor Remulla Manilada keçirdiyi mətbuat konfransında Tomas Marklın hazırda istintaq çərçivəsində maraq doğuran şəxs hesab edildiyini bildirib. Nazirin sözlərinə görə, onun mümkün cinayətdə iştirakına dair müəyyən məlumatlar mövcuddur. Bununla belə, Tomas Markla hələlik şübhəli şəxs statusu verilməyib.

Remulla qeyd edib ki, polisə yetkinlik yaşına çatmayan qızların Tomas Markl-Cuniorun Filippinin Kordova şəhərində yerləşən evinə aparılması ilə bağlı məlumatlar daxil olub.

"Bizdə yetkinlik yaşına çatmayan qızların onun evinə gətirildiyini bildirən şahidlər var və hazırda bu məlumatları araşdırırıq”, – deyə nazir vurğulayıb.

Hazırda araşdırma davam edir. Səsləndirilən iddialarla bağlı hər hansı şəxsin təqsiri məhkəmə qaydasında müəyyən edilməyib.
OXŞAR XƏBƏRLƏR