Meqan Marklenin hansı şərtlərlə kral ailəsinə qəbul ediləcəyi məlum olub.
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, Kral ailəsinin bioqrafı Tom Quiney bildirir ki, Çarlz III kiçik oğlu ilə barışsa, Meqanla da münasibətlərini yaxşılaşdıra bilər.
Əgər cütlük kral ailəsi ilə barışmaq istəsə, bu zaman Meqan aktyorluq karyerasını davam etdirməyi planlaşdırdığı ABŞ-da yaşaya bilməyəcək. Çünki, Kral ailəsi üçün bütün qohumların İngiltərədə yaşaması vacib şərtdir.
Daha sonra Meqan, taxtın gələcək varisi Uilyam və həyat yoldaşı Keyt Middltonun dediyi hər şeyə əməl etməli olacaq.
Quiney hesab edir ki, Meqan belə şərtlərlə razılaşa bilməyəcək qədər qürurludur. Sosial mediada aktiv olan Meqanın fanat kütləsi də onun bu şərtlərlə saraya qayıtmaqdansa, boşanmağı üstün tutacaqlarını düşündükəlrini bildiriblər.
Aysel