Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib
SOSİAL
16:01 06.06.2026
488
Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Vəziyyəti stabildir. Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Mənsimli Rəcəb Miriş oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verir, yaralı hərbi qulluqçuya şəfa diləyir", MN-dən bildirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR