AK Partiya Mərkəz İdarə heyəti yığıncağından sonra açıqlama verən partiya sözçüsü Ömər Çelik terrorla mübarizə ilə bağlı mühüm mesajlar verib. Çelik Türkiyə sərhədlərində terror təşkilatının qurulmasına icazə verilməyəcəyini vurğulayıb.
AZXEBER.COM xəbər verir ki, Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan AK Partiya Ümumi Qərargahında proqramlarını davam etdirib.
Prezident Ərdoğan ilk olaraq AK Partiya Konqres Mərkəzində partiyasının Genişləndirilmiş İl Seçki İşləri Başçıları yığıncağında çıxış edərək partiya üzvlərinə müraciət edib.
Daha sonra Ərdoğanın sədrliyi ilə AK Partiya Mərkəzi İcraiyyə Komitəsi toplanıb.
AK Partiya sözçüsü Ömər Çelik yerli seçki prosesinin qiymətləndirildiyi yığıncaqdan sonra açıqlama verib:
"Terror dəstələri qurmaq istəyənlərə imkan verməyəcəyik. Məqsədimiz ölkəmizin daxili və xarici təhlükəsizliyini təmin etməkdir”.
Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən iqtisadi proqramın öz bəhrəsini verdiyini deyən Çelik bir çox sahədə güclü nəticələrin görüldüyünü də bildirib.
Nəzrin