Mərakeş Kralı İlham Əliyevə təbrik məktubu ünvanladı

Mərakeş Kralı İlham Əliyevə təbrik məktubu ünvanladı
SİYASƏT
16:16 23.05.2023
241
Mərakeşin Kralı VI Məhəmməd Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikası özünün Müstəqillik Gününü qeyd etdiyi bir vaxtda Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimizi, möhkəm cansağlığı və xoşbəxtlik arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına daha böyük inkişaf və tərəqqi arzulayıram.

Zati-aliləri, əminəm ki, xalqlarımızın qarşılıqlı rifahı naminə ölkələrimiz arasında mövcud olan sıx qardaşlıq əlaqələrini möhkəmləndirməkdə, əməkdaşlığımızı bütün sahələrdə inkişaf etdirməkdə Siz də mənim qədər maraqlısınız".
OXŞAR XƏBƏRLƏR