Mərakeşdə baş verən zəlzələdə bir neçə kənd tamamilə dağıldı

Mərakeşdə baş verən zəlzələdə bir neçə kənd tamamilə dağıldı
DÜNYA
16:24 11.09.2023
193
Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdə ölənlərin sayı 2500-ü keçib. 

AZXEBER.COM xəbər verir ki, Mərakeşin ədliyyə naziri Abdüllatif Vehbi dağıdıcı zəlzələnin episentri ətrafındakı bəzi kəndlərin tamamilə dağıldığını bildirib. 

O, ölkənin cənub-qərbində yerləşən Tarudant şəhərində bəziləri tarixi olan bir çox köhnə məhəllələrin ciddi ziyan gördüyünə diqqət çəkərək, səlahiyyətlilərin bu ərazilərdə evlərinə dönə bilməyən sakinləri yerləşdirmək üçün çalışdıqlarını qeyd edib. 

Qeyd edək ki, Mərakeş kralı VI Məhəmməd iclasda Mərakeşdə üç günlük milli matəm elan edilməsinə və dövlət qurumlarında bayraqların yarıya qədər endirilməsinə qərar verib.

Ayşən
OXŞAR XƏBƏRLƏR