Dünya ulduzu Meray Keri Bakıya gəlir.
İfaçının gəlişinin məqsədi şəhərimizdə baş tutacaq "Formula 1” oyunları çərçivəsində keçiriləcək konsertdə iştirak etməkdir.
Meray Keri oyunların sonuncu günündə - iyunun 25-də baş tutacaq konsertdə səhnəyə çıxacaq.
Qeyd edək ki, "Formula1” oyunları bu il iyunun 23-dən 25-nə kimi keçiriləcək. Yarışın ilk günü türkiyəli müğənni Tarkan səhnəyə çıxacaq. Digər günlərdə Nikol Şerzinger və "The Black Eyed Peas” qrupu konsert verəcək.
///axşam.az