Məşhur müğənni Meray Keri dünya musiqi platformalarında bu il də ilk sıranı zəbt edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, onun ifa etdiyi "All I Want For Christmas Is You” mahnısı yenidən trend olub.
Mahnı "Spotify”, "Apple Music” və "iTunes” çartlarında ilk yeri tutur.
Qeyd edək ki, hər il yeni il qabağı bu mahnının uğur qazanması təsadüfi deyil. Belə ki, 1994-cü il noyabrın 1-də "Columbia Records” şirkəti, Meray Kerinin "Merry Christmas” albomundan ilk sinql kimi "All I Want for Christmas is You” mahnısını buraxıb. Bu kompozisiya sayəsində amerikalı müğənni "Milad Kraliçası" və "Milad musiqisinin kraliçası" adlarına layiq görülüb.
Son illər ərzində bu kompozisiya dəfələrlə müxtəlif ölkələrin musiqi çartlarının ilk onluğuna düşüb, hətta bir neçə dəfə hit-paradların birincisi olub. "Rolling Stone”, "The Daily Telegraph” və digər məşhur nəşrlər "All I Want for Christmas is You” mahnısını ən yaxşı Milad mahnıları siyahısına əlavə ediblər.
Aysel










































