Gənc müğənni Mərdan Kazımov yeni mahnısını təqdim edib.
AZXEBER.COM xəbər verir ki, "Dönəcəyəm mən" adlı mahnının sözləri mərhum gənc şair Tapdıq Babaşova, musiqisi isə Gözəl Tapdığa aiddir.
Müğənninin doğum gününə özəl ifa etdiyi mahnının aranjimanını Fərid İman ərsəyə gətirib.
Mahnının sözlərini yazan Tapdıq Babaşov dünyasını dəyişdiyinə görə mahnı məhz onun xatirəsinə həsr edilib.