Ötən gün müğənni Mərdan Kazımovun solo konserti baş tutub.
AZXEBER.COM xəbər verir ki, Bakıda yerləşən özəl məkanlardan birində anşlaqla baş tutan konsertdə müğənni öz repertuarından sevilən hitlərini bir-birinin ardınca səsləndirib.
Mərdan Xalq artisti Mələkxanım Əyyubova, Orxan Zeynallı, Jay Meel ilə birlikdə duetlərini ifa edib.
Müğənni səhnədən sosial mesajlar verməyi də unutmayıb. O narkomaniya bəlasına, qadın və uşaq ölümlərinə diqqət çəkib. O milli rəqslə rok janrını sintez edərək maraqlı performans nümayiş etdirib.
Səbəbkar konsertin gedişatında qazandığı uğurları üçün səhnədən ailə üzvlərinə təşəkkürünü bildirib.
Aysel










































