Bakıda istirahət mərkəzində qadın maşınla 3 yaşlı uşağı vurub öldürdü

SOSİAL
15:02 26.07.2019
11756
İyulun 25-də paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Bavarius” istirahət mərkəzinin avtomobil dayanacağında qadın sürücü 3 yaşlı uşağı vurub öldürüb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib.

Verilən məlumata görə, 1974-cü il təvəllüdlü Gülnarə Müslümovanın "Kia Sportage” markalı 90-DP-574 dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirərəkən 2016-cı il təvəllüdlü Əlisafa Mustafayevi vurub. Uşaq aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

 
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, şahidlər müəyyənləşdirilərək dindirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 
 

OXŞAR XƏBƏRLƏR