İyulun 25-də paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Bavarius” istirahət mərkəzinin avtomobil dayanacağında qadın sürücü 3 yaşlı uşağı vurub öldürüb.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib.
Verilən məlumata görə, 1974-cü il təvəllüdlü Gülnarə Müslümovanın "Kia Sportage” markalı 90-DP-574 dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirərəkən 2016-cı il təvəllüdlü Əlisafa Mustafayevi vurub. Uşaq aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, şahidlər müəyyənləşdirilərək dindirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.