Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı

Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
SOSİAL
14:28 30.07.2026
532
İyulun 28-də Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz hissəsində batan yeniyetmənin meyiti tapılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda aşkarlanaraq çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR