Mərdəkanda qadın evdən külli miqdarda avro oğurladı

Mərdəkanda qadın evdən külli miqdarda avro oğurladı
SOSİAL
19:11 02.07.2022
377
Mərdəkanda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin  mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da Mərdəkan qəsəbəsi bağlar yaşayış sahəsindəki evlərin birindən 10.000 avro oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini A.Nəsirova müəyyən edilərək saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir. 
OXŞAR XƏBƏRLƏR