Şahin Zəkizadənin son işi işıq üzü görüb.
Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən rejissor Şahin Zəkizadənin son işi üzə çıxıb.
AZXEBER.COM-un məlumatına görə, gənc ifaçı Jay Hun oxuduğu "Sevgilim” mahnısına klipi rəhmətlik Şahin Z.Z-yə sifariş edib.
Yayda lentə alınan klip - rejissorun halı pisləşdiyindən montaj mərhələsində yarımçıq qalıbmış.
Şahin dünyasını dəyişəndə isə ifaçı bu mahnını sevdiyi müğənni Röya Ayxana həsr eləsə də, klipi rejissorun ruhuna ithaf etməyi qərara alıb.
Həmin klipi sizə də təqdim edirik: