Katarakt

Merih Demiral: "AVRO-2020 bizim üçün böyük təcrübə oldu"

İDMAN
22:20 20.06.2021
298
"Çox məyusuq. Belə olacağını gözləmirdik. Əlbəttə, bizdən gözləntilər böyük idi. Belə olan təqdirdə məyusluq da çox olur".

AZXEBER.COM-un məlumatına görə, bu fikirləri Türkiyə millisinin futbolçusu Merih Demiral Avropa çempionatının A qrupunun III turunda Bakıda İsveçrəyə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Müdafiəçi bildirib ki, danışılacaq çox şey yoxdur: "Turnirin ən gənc komandasıyıq. Bu, bizə ümid verir. İnanıram ki, bundan sonrakı turnirlərə qatılaraq necə yaxşı komanda olduğumuzu göstərəcəyik. Mən dostlarıma inanıram. AVRO-2020 bizim üçün böyük təcrübə oldu. Biz yaxşı və pis gündə birlikdəyik. Hər kəsdən üzr istəyirik".

Qeyd edək ki, Türkiyə yığması A qrupunu xalsız bitirib.

OXŞAR XƏBƏRLƏR