Xəbər verdiyimiz kimi, UEFA Türkiyə yığmasının futbolçusu Merih Demiralla bağlı araşdırmalara başlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Merih Demiralı UEFA-ya Almaniyanın daxili işlər naziri Nensi Fezer şikayət edib.
Oyun başa çatdıqdan sonra nazir elə stadionda olarkən şəxsən özü şikayət edib.
Oyun başa çatdıqdan sonra nazir elə stadionda olarkən şəxsən özü şikayət edib.
Qeyd edək ki, Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə Avstriyanı 2:1 hesabı ilə məğlub edib. Həmin oyunda dubl edən Merih Demiral qol sevincini "Bozqurd" işarəsi ilə qeyd edib.