Merkelin müşaviri: “Almaniya İsrailə qarşı daha sərt olmalıdır”

Merkelin müşaviri: “Almaniya İsrailə qarşı daha sərt olmalıdır”
DÜNYA
12:44 30.01.2024
124
Münhen Təhlükəsizlik Konfransının Prezidenti Kristof Heusgen Almaniyanı İsrailə qarşı sərt mövqe tutmağa çağırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin xarici siyasət üzrə müşaviri olan Heusgen "Financial Times” qəzetinə müsahibəsində İsraili Fələstin dövlətinə qarşı çıxdığına və işğal altındakı İordan çayının qərb sahilində məskunlaşmaların genişləndirilməsinə görə tənqid etdiyini bildirib.

Hər iki münasibətin beynəlxalq hüququn pozulmasına bərabər olduğunu bildirən Heusgen Almaniyanın belə vəziyyətlərdə oturub düzgün danışmalı olduğunu bildirib.

Heusgen sözlərinə davam edərək bildirib ki, Berlin administrasiyası İsraili beynəlxalq hüquqa riayət etməyə təşviq etmək üçün onunla yaxşı münasibətlərindən istifadə etməlidir.

İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinə reaksiya verən Heusgen "Almaniya İsrailə qarşı daha sərt olmalıdır”, - deyə bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR