Azərbaycan Respublikasının Prezidenti bütün qorunan əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin yenidən 9 ay uzadılması məqsədilə Milli Məclisə müraciət edib, matın 13-də yeni tərkibdə fəaliyyətə başlayan parlamentin ilk iclasında müzakirə olunan məsələlərdən biri kimi "Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik qəbul edilib.
Mərkəzi Bankdan AZXEBER.COM-a bildirilib ki, "Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının təmin edilməsinə, bank sektoruna etimadın gücləndirilməsinə imkan verəcəkdir.