Mərkəzi Bank qərar verdi

İQTİSADİYYAT
11:34 24.04.2015
3772
Azərbaycan Mərkəzi Bankı xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan zərəri özü ödəyəcək.AZXEBER.COM xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Republikası Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.Qanuna əlavə edilməsi təklif edilən 13.2-ci maddəyə əsasən, xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.

OXŞAR XƏBƏRLƏR