Mərkəzi Bank sədrindən gözlənilən açıqlama - Kredit faizləri düşməlidir

Mərkəzi Bank sədrindən gözlənilən açıqlama - Kredit faizləri düşməlidir
İQTİSADİYYAT
11:44 04.02.2026
467
Gözləntimiz odur ki, kredit faizləri düşməlidir.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

"Əgər bu il ərzində ciddi kənar təsirlər olmazsa, biz kredit faizlərində azalmanın olacağını proqnozlaşdırırq", - Taleh Kazımov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.
OXŞAR XƏBƏRLƏR