Mərkəzi Bankdan sərt cəza

İQTİSADİYYAT
11:07 24.02.2015
4155
6 bankın 10 şöbəsinin icazəsi ləğv edildi.
Mərkəzi Bank tərəfindən valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır. Son dövrlərdə nağd xarici valyutanın alqı-satqı əməliyyatlarının həcminin artması səbəbindən nəzarət tədbirləri daha da intensivləşdirilib.
Bu barədə AZXEBER.COM-a Azərbaycan Respublikası Mərkəzi Bankından bildiriblər.
Bankdan verilən məlumata görə,23 fevral 2015-ci il tarixdə aparılmış monitorinqlər zamanı 6 bankın 10 valyuta mübadilə şöbəsi tərəfindən mövcud tələblərin gözlənilməməsi halı aşkarlanmış və həmin şöbələrə verilmiş icazələr ləğv edilib.
Mərkəzi Bank tərəfindən bundan sonra da valyuta qanunvericiliyinə, xüsusilə də valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdiriləcək, hər hansı hüquqi pozuntu hallarına qarşı müvafiq tədbirlər görüləcəkdir.

OXŞAR XƏBƏRLƏR