Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı – AÇIQLAMA

İQTİSADİYYAT
16:46 02.02.2017
1148

 

Əvvəlki illərdə olduğu kimi, cari ildə də uçot dərəcəsi makroiqtisadi göstəricilərin dinamikası, o cümlədən inflyasiya riskləri, maliyyə bazarlarında gedən proseslər və bank sektorunun likvidlik mövqeyi nəzərə alınmaqla müəyyənləşdiriləcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Qeyd olunub ki, uçot dərəcəsində dəyişiklik olduğu təqdirdə, ictimaiyyət bu barədə məlumatlandırılacaq:

"Mərkəzi Bank rəhbərliyinin bank ictimaiyyəti ilə müntəzəm görüşlərində bank sisteminin likvidlik mövqeyi və Mərkəzi Bankın pul siyasəti alətlərinin təkmilləşdirilməsi məsələləri də müzakirə olunur.

Xatırladaq ki, Mərkəzi Bankın likvidlik alətləri üzrə faiz dərəcələri "faiz dəhlizi” çərçivəsində müəyyənləşdirilir. Vəsaitlərin qısamüddətli cəlb olunması və yerləşdirilməsi alətlərindən ibarət olan çərçivə alətləri bankların qısamüddətli likvidliyinin idarə olunmasına xidmət edərək bankların təşəbbüsü ilə Mərkəzi Bank tərəfindən müəyyən olunmuş faiz dərəcələri ilə həyata keçirilir”.

AMB-dən bildirilib ki, vəsaitlərin cəlb olunması məqsədilə çərçivə əməliyyatları (1-7 günlük REPO) faiz dəhlizinin aşağı həddi (hazırda 12%) ilə aparılır:

"Vəsaitlərin yerləşdirilməsi məqsədilə əməliyyatlar isə (1-7 günlük əks-REPO) faiz dəhlizinin yuxarı həddi ilə (hazırda 18%) aparılır. Açıq bazar əməliyyatları isə Mərkəzi Bankın təşəbbüsü ilə həyata keçirilir. Bu zaman vəsaitlərin cəlb olunması üçün nəzərdə tutulan açıq bazar əməliyyatları faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır.

Belə əməliyyatlara hərraclar vasitəsilə depozitlərin cəlb edilməsi, habelə Mərkəzi Bankın qısamüddətli notlarının emissiyası aiddir. Vəsaitlərin yerləşdirilməsi üçün nəzərdə tutulan, yəni emissiya xarakterli açıq bazar əməliyyatları isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır”.


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ