Mərkəzi Bankı uçot dərəcəsini artırdı

İQTİSADİYYAT
10:20 15.02.2016
2009
Bank məlumat yaydı.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 15-dən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) AZXEBER.COM-a bildirilib.
AMB-dən bildirilib ki, bu addım milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün atılıb.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda uçot dərəcəsi 2015-ci ilin iyulunda dəyişdirilmişdi. O zaman bu rəqəm 3,5%-dən 3%-ə endirilmişdi.
Ölkə tarixində uçot faiz dərəcəsinin ən yüksək həddi 2008-ci il iyunun 8-də qeydə alınıb 15%.
Ən aşağı həddi isə 2009-cü ilin mayın 24-də olub 2%.

OXŞAR XƏBƏRLƏR