Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edildi

İQTİSADİYYAT
11:10 31.05.2022
367
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə yeni üzvlər təyin edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Beləliklə, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarov AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin ediliblər.
OXŞAR XƏBƏRLƏR