Mərkəzi Neftçilər Xəstəxanası qiymətləri qaldırdı – VİDEO

SAĞLAMLIQ
02:49 22.01.2016
4000
Prezident İlham Əliyev dəfələrlə bildirib ki, devalvasiyadan istifadə edib süni qiymət artımı ilə məşğul olanlar ciddi cəzalandırılacaq.
Amma görünür bundan heç də hamı ciddi nəticə çıxarmayıb. Bu günlərdə yenilik.Az-a informasiya daxil oldu ki, Mərkəzi Neftçilər Xəstəxanası qiymətləri qaldırıb. İnformasiyanı dəqiqləşdirmək üçün özümüz xəstəxananın qəbul şöbəsi ilə əlaqə saxladıq. Xəstəxananın terapiya şöbəsindən cavab verən xanımdan xəstə qismində qiymətləri soruşduqda bildirdi ki, qəbul zamanı 1800 AZN depozit qoyulmalıdır. 2-3 həftə əvvəl depozit 1200 AZN idisə, indi necə qəfil 1800 AZN oldu sualına cavab olaraq xanım bildirdi ki, devalvasiya ilə əlaqədar olaraq qiymətlər qaldırılıb.
Xəstəxananın belə addım atmasına hansı əsaslarının olduğuna aydınlıq gətirmək üçün Səhiyyə nazirliyinin mətbuat xidmətilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Liya Bayramova bu barədə dəqiq məlumatı olmasa da həmin xəstəxananın təsərrüfat hesablı olduğunu bildirdi və tibb ocağının öz mətbuat xidmətilə əlaqə saxlamağımızı məsləhət gördü. Neftçilər xəstəxanasının mətbuat xidmətinin rəhbəri Aytən xanımla əlaqə saxladıqda bizi hansısa əməkdaşla calaşdıracağını, həmin adamın bizə zəng edib açıqlama verəcəyini desə də xəstəxanadan indiyədək kimsə zəng edib deməyib ki, birdən-birə bu xəstəxanada qiymətlər nə üçün kəllə-çarxa çıxıb? İndi biz başa düşə bilmirik ki, bu xəstəxananın neçə mətbuat xidməti var və bu qiymət artımını niyə əsaslandıra bilmirlər?
//yenilik.Az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir