Mərkəzi poçt şöbələrində monitorlar quraşdırılacaq

İQTİSADİYYAT
14:00 07.09.2013
1586

Yaxın gələcəkdə Bakının mərkəzi poçt şöbələrində monitorlar quraşdırılacaq. "Azərpoçt"-un mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu monitor vasitəsilə müştərilər istədikləri xidmətlər barədə mükəmməl məlumat ala biləcəklər.

İnnovasiya texnologiyası kimi Avropa texnologiyasından istifadə edilərək əsasən mərkəzi poçt şöbələrində qurulacaq monitorlar gələcəkdə regionları da əhatə edəcək.

Qeyd edək ki, bundan əvvəl də bir çox poçt şöbələrində monitorlar qurulub, lakin onlar müasir tələblərə cavab verməyib.

OXŞAR XƏBƏRLƏR