Mərkəzi Seçki Komissiyasından namizədlərə xoş xəbər

Mərkəzi Seçki Komissiyasından namizədlərə xoş xəbər
SİYASƏT
16:34 06.03.2018
2175

Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə bağlı müstəqil media mərkəzi yaradılıb. 

AZXEBER.COM xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.  

M.Pənahov bildirib ki, müstəqil media mərkəzində hazırlıq işləri başa çatıb və sabah açılışı olacaq. Onun sözlərinə görə, istənilən maraqlı tərəf, prezidentliyə namizəd, onun səlahiyyətli nümayəndəsi media mərkəzində mətbuat konfransları keçirə və mərkəzin digər imkanlarından yararlana bilərlər. 

MSK sədri həmçinin KİV-ləri seçkilərlə bağlı prosesləri ətraflı işıqlandırmağa çağırıb: "Seçkilərlə ilə bağlı imza vərəqələrinin yoxlanması ilə bağlı cəmiyyətə az informasiya çatdırılır. 

Biz iclasda deməklə olmur. Bunu cəmiyyətə kütləvi informasiya vasitələri çatdırmalıdır”.

OXŞAR XƏBƏRLƏR