Merlin Monronun əşyaları satışa çıxarılacaq

DÜNYA
10:00 17.11.2016
1588
Merlin Monronun "Ad gününüz mübarək cənab Prezident" adlı məşhur libası bu gün hərraca çıxarılacaq.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, libas 2 milyon dollardan hərraca çıxarılacaq. Aktrisa bu libası 1962-ci ildə Con Kennedinin ad günündə "Ad günün mübarək cənab Prezident" mahnısını ifa edərkən geyinib.
 
Üç gün davam edəcək hərracda aktrisaya aid şeir, çəkdiyi rəsimlər, mebelleri, bəzək əşyaları və s. kimi minlərlə əşya olacaq.
 
Bildirilib ki, hərracdan 5 milyon dollar gəlir gözlənilir.
 







 







OXŞAR XƏBƏRLƏR