Mərmər daşın altında qalaraq öldü - Xırdalanda faciə

Mərmər daşın altında qalaraq öldü - Xırdalanda faciə
HADİSƏ
10:02 12.11.2025
172
Abşeron rayonunda 45 yaşlı kişinin üzərinə yük avtomobilinə yüklədiyi mərmər daşı düşüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Xırdalan şəhərində baş verib.
Sumqayıt şəhər sakini 1980-ci il təvəllüdlü Ziyad Həsənov idarə etdiyi "Ford” markalı yük avtomobilinə mərmər daşı yükləyən zaman daş üzərinə düşüb.
Xəsarətlə xəstəxanaya yerləşdirilən Z.Həsənov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR