İstanbulda 17 avqust 1999-cu ildə Mərmərə zəlzələsində dünyaya gətirdiyi oğlunu illər sonra növbəti zəlzələdə itirən ana Ramazan bayramı ərəfəsində ziyarət etdiyi oğlunun məzarı başında kədərli anlar yaşayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələdə evi dağılan Fatma Çolak dağıntılar altından çıxarılan oğlu və gəlininin cəsədlərini Antakyada torpağa tapşırıb.
Mərmərə zəlzələsində dünyaya gətirdiyi oğlunu illər sonra başqa bir zəlzələdə itirdiyinə görə kədərlənən ana oğlunun məzar daşına "Oğlumu 1999-cu il zəlzələsində dünyaya gətirdim, indi itirdim”, - deyə bildirib.
Yeganə oğlunu dəfn edən ana Çolak illər əvvəl 17 avqust 1999-cu ildə episentri Kocaelinin Gölcük rayonu olan Mərmərə zəlzələsində dünyaya gətirdiyi oğlu ilə birlikdə məmləkəti Hataya gəldiyini açıqlayıb.
Gülay