Türkiyənin tanınmış müğənnisi Mert Demirin konserti yaddaşlarda maraqlı anlarla qalıb.
AZXEBER.COM xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib. O, konsert zamanı sahibləndiyi iti Pengonu səhnəyə çıxarıb və izləyicilərə unudulmaz anlar yaşadıb.
Mert Demir paylaşımında dostluq bağlarını belə ifadə edib:
"Canım dostum, ürəyi gözəl Pengo… Həyatımı necə şənləndirirsə, lansman konsertimizi də elə şənləndirdi. Hər zaman konsertlərdə kulisdədir, öncədən birlikdə vaxt keçiririk, məni gözləyir və səhnədən endiyim anda qucaqlaşırıq. Sənin olmadığın bir həyatda əminəm ki, tamam başqa bir insan olacaqdım. Bu gözəl xatirəmiz burada qalsın”.
Müğənninin paylaşımı sosial şəbəkədə böyük maraqla qarşılanıb və izləyiciləri tərəfindən çoxsaylı rəylər alıb.
Oksana