Merts Almaniyanın yeni Kansleri kimi and içib

Merts Almaniyanın yeni Kansleri kimi and içib
DÜNYA
22:03 06.05.2025
316
Xristian-Demokrat İttifaqının (XDI) lideri Fridrix Merts Bundestaqda Almaniyanın yeni, 10-cu Kansleri kimi and içib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, mərasimi "Phoenix" telekanalı yayımlayıb.

"Alman xalqının rifahı naminə çalışacağıma, onun sərvətini artıracağıma, onu zərərlərdən qoruyacağıma, əsas Qanunu və federasiya qanunlarını gözləyib qoruyacağıma, vəzifə borcumu vicdanla yerinə yetirəcəyimə və hər kəsə qarşı ədalətli olacağıma and içirəm. Qoy Tanrı mənə kömək olsun”, – deyə Merts bildirib.

DPA agentliyinin məlumatına görə, mayın 6-da yeni Kansler hökumətinin ilk iclasını keçirəcək.

Qeyd edək ki, Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib. Siyasətçi tələb olunan 325 səsdən 316-nı toplaya bilib.

O, ilk cəhddə 310 səs toplamışdı.

OXŞAR XƏBƏRLƏR