Merts Polşadakı PUA insidentini “Avropadakı sülhə təhdid” adlandırıb

Merts Polşadakı PUA insidentini “Avropadakı sülhə təhdid” adlandırıb
DÜNYA
02:19 11.09.2025
407
Almaniya kansleri Fridrix Merts bildirib ki, Polşa Baş naziri Donald Tuskla telefon danışığı zamanı ona şərqi Avropa ölkəsində baş verən pilotsuz uçuş aparatı (PUA) insidenti barədə məlumat verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Merts bunu Berlində Avropa Şurasının sədri Antoniu Koşta ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Qısa müddət öncə Polşa Baş naziri ilə uzun telefon danışığım baş tutdu. O, mənə dünənki hücumlar barədə ətraflı məlumat verdi. Mən onun qiymətləndirməsini bölüşürəm. Bu, Avropadakı sülh üçün çox ciddi təhdiddir”, - kansler vurğulayıb.

OXŞAR XƏBƏRLƏR