Türkiyədə səfərdə olan Almaniya Kansleri Fridrix Merts Ankaranın "Eurofighter" qırıcılarını əldə etməsini bütün NATO tərəfdaşlarının təhlükəsizliyinə töhfə kimi qiymətləndirib.
"Almaniya hökuməti Türkiyənin 20 "Eurofighter" qırıcısı almaq qərarını birmənalı şəkildə alqışlayır", - o qeyd edib və bildirib ki, Türkiyənin arsenalında bu təyyarələr Şimali Atlantika İttifaqının kollektiv təhlükəsizliyinə xidmət edəcək.
/report







































