Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampa zəng edərək Ukrayna ilə bağlı yeni Amerika planını müzakirə edən ilk Avropa lideri olub.
Məlumatı "Bild" qəzeti Almaniya kabinetinin sözçüsü Stefan Korneliusa istinadən yayıb. Kornelius "bu, məxfi və ətraflı telefon danışığı idi" deyib.
Hökumət sözçüsünün sözlərinə görə, Trampla "gələcək addımlar məsləhət səviyyəsində razılaşdırılıb": "Merz indi söhbətin məzmunu barədə Avropa tərəfdaşlarını məlumatlandıracaq".
/Musavat.com










































