Merz Trampla Ukrayna sülh planını müzakirə etdi

Merz Trampla Ukrayna sülh planını müzakirə etdi
DÜNYA
03:06 22.11.2025
91
Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampa zəng edərək Ukrayna ilə bağlı yeni Amerika planını müzakirə edən ilk Avropa lideri olub.

Məlumatı "Bild" qəzeti Almaniya kabinetinin sözçüsü Stefan Korneliusa istinadən yayıb. Kornelius "bu, məxfi və ətraflı telefon danışığı idi" deyib.

Hökumət sözçüsünün sözlərinə görə, Trampla "gələcək addımlar məsləhət səviyyəsində razılaşdırılıb":  "Merz indi söhbətin məzmunu barədə Avropa tərəfdaşlarını məlumatlandıracaq".
 
/Musavat.com
OXŞAR XƏBƏRLƏR