Merz: Ukraynadakı müharibə bizim istədiyimizdən daha uzun sürəcək

Merz: Ukraynadakı müharibə bizim istədiyimizdən daha uzun sürəcək
DÜNYA
22:47 26.05.2025
830
"Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi müharibə hamımızın təsəvvür etdiyindən daha uzun sürə bilər.”

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, BILD-in məlumatına görə bunu Almaniya kansleri Fridrix Merz deyib.

Qəzetin qeyd edib ki, kansler atəşkəsə nail olmaq üçün uğursuz cəhdləri nəzərə alaraq bu qənaətə gəlib.

"Aydındır ki, Putin danışıqlarla bağlı təklifləri zəiflik kimi görür. Hətta Vatikanda görüş təklifi belə Rusiya rəhbərliyi tərəfindən müsbət qarşılanmasa, o zaman biz yəqin ki, bu müharibənin hamımızın istədiyindən və ya təsəvvür edə biləcəyindən daha uzun sürəcəyini qəbul etməli olacağıq", - Merz bildirib.
OXŞAR XƏBƏRLƏR